JOBS
AZƏRBAYCAN / CAREERS
TECHFLOW / VAKANSİYA 10396

Baş mühasib

⌖ Bakı Maliyyə 16.06.2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Cəmiyyət tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin, ona nəzarətin, operativ məlumatların təqdim edilməsinin təmin edilməsi, habelə, Cəmiyyətin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində bilavasitə iştirak edilməsi;
  • Maliyyə hesabatlarının (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanması;
  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin analizinin aparılması;
  • Lazımi hesablamalarla birgə cari və perspektiv maliyyə planlarının tərtib edilməsi;
  • Biznes planların tərtibatı üçün materialların hazırlanması;
  • Aylıq, rüblük, illik maliyyə planının hazırlanması, təhlili və nəzarətinin həyata keçirilməsi;
  • Müəyyən olunmuş maliyyə risklərinin azaldılması məqsədi ilə tədbirlər planının hazırlanması;
  • Əməliyyatların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Dövlət Vergi Xidməti, DSMF, Dövlət Statistika Komitəsi və digər nəzarət orqanları tərəfindən tələb edilən hesabatların hazırlanmasının və təqdim edilməsinin təmin edilməsi;
  • Kreditor və debitorlarla hesablarının dəqiq qeydiyyatının aparılması, üzləşmələrin vaxtında və düzgün aparılması və sənədləşdirilməsinin təmin edilməsi;
  • Əmlakın, pul vəsaitlərinin, hesablaşmaların və balans maddələri üzrə inventarizasiyanın aparılması və mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
  • Əmək haqqı fondunun düzgün xərclənməsi, vəzifə maaşlarının və əlavələrin hesablanması, ödənilməsinin təmin edilməsi və nəzarət edilməsi.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • 5 günlük iş həftəsi;
  • Əmək haqqı 3000-3500 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Namizədə dair tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahəsində);
  • Baş mühasib vəzifəsində 5 il iş təcrübəsi;
  • Azərbaycan dili mükəmməl, rus dili biliyi arzuolunandır;
  • PMS (Peşəkar Mühasib Sertifikatı) olması mütləqdir;
  • 1C və MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • İşində məsuliyyətli, operativ və dəqiq olmaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Baş mühasib” qeyd edərək (Müraciət etmək üçün aşağıdakı düyməyə klikləyin) göndərilməsi xahiş olunur.

TECHFLOW / PROFİL

KARYERANIZIN NÖVBƏTİ ADDIMI

Yenidən xoş gəlmisiniz.

TechFlow hesabınıza daxil olun.

Şifrəni unutmusunuz?

İmkanları kəşf edin. Gələcəyinizi qurun.

TECHFLOW / MÜRACİƏT

Növbəti addımı atın.