JOBS
AZƏRBAYCAN / CAREERS
TECHFLOW / VAKANSİYA 11161

Sistem və şəbəkə administratoru

⌖ Bakı IKT 25.06.2026

Vakansiya haqqında

Sinteks Şirkətlər Qrupu – “Sistem və şəbəkə administratoru” axtarır!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu

  • Şirkətin baş ofisi, mağazaları və filialları üzrə sistem və şəbəkə infrastrukturunun fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək, texniki riskləri vaxtında aşkar etmək və İT xidmətlərinin daxili qaydalara uyğun şəkildə göstərilməsinə nəzarət etməkdir.

Vəzifə öhdəlikləri

Sistem və server infrastrukturunun idarə edilməsi

  • Korporativ şəbəkə və server infrastrukturunun sabit işini təşkil edir və idarə edir.
  • Server və şəbəkə avadanlıqlarının monitorinqini aparır, dövri baxışını və yenilənməsini təmin edir.
  • Performansın artırılması üçün şəbəkə və sistemləri monitorinq edir, zəruri dəyişiklikləri müəyyənləşdirir və rəhbərinə təklif edir.

Şəbəkə bağlantıları, internet və IP telefoniya

  • Mağaza, ofis və serverlərdə internet kanalının sabit işini təşkil edir və idarə edir.
  • Baş ofis və filiallar arasında şəbəkə bağlantılarının işlək vəziyyətdə olmasını təmin edir.
  • IP telefon sisteminin idarə olunmasını həyata keçirir.
  • Şəbəkə servisləri üzrə problemləri araşdırır, nasazlıqların aradan qaldırılması üçün texniki tədbirlər görür.

E-poçt, ehtiyat nüsxə və informasiya təhlükəsizliyi

  • Korporativ elektron poçt sisteminin sabit işini təşkil edir və idarə edir.
  • Ehtiyat nüsxələrinin çıxarılmasını və ehtiyac yarandıqda bərpa olunmasını təmin edir.
  • Korporativ antivirus, antispam və digər təhlükəsizlik sistemlərinin monitorinqini və idarə olunmasını həyata keçirir.
  • Korporativ şəbəkənin, serverlərin və son istifadəçi mühitinin kiberhücumlara qarşı dayanıqlılığının təmin olunmasına dəstək göstərir.
  • Aşkar olunan informasiya təhlükəsizliyi riskləri, texniki zəifliklər və insident ehtimalları barədə IT Meneceri vaxtında məlumatlandırır.

Tələblər

  • Server əməliyyat sistemləri, domen xidmətləri və korporativ server servisləri üzrə praktiki biliklər.
  • Virtualizasiya və storage infrastrukturu üzrə praktiki biliklər.
  • Şəbəkə servisləri, routing/switching, VPN, VLAN və LAN/WAN infrastrukturu üzrə praktiki biliklər.
  • Router, firewall, switch və wireless şəbəkə avadanlıqlarının konfiqurasiyası və idarə olunması üzrə praktiki təcrübə.
  • Backup və recovery sistemləri üzrə praktiki bilik və iş təcrübəsi.
  • Sistem, şəbəkə və ya IT infrastrukturunun inzibatçılığı üzrə ən az 3 il iş təcrübəsi.

(Müraciət etmək üçün aşağıdakı düyməyə klikləyin)

TECHFLOW / PROFİL

KARYERANIZIN NÖVBƏTİ ADDIMI

Yenidən xoş gəlmisiniz.

TechFlow hesabınıza daxil olun.

Şifrəni unutmusunuz?

İmkanları kəşf edin. Gələcəyinizi qurun.

TECHFLOW / MÜRACİƏT

Növbəti addımı atın.